“Rəsulzadə qalmaqalı” böyüyür: Abidə icra hakimiyyətinin balansındadır – AÇIQLAMAbackend

“Rəsulzadə qalmaqalı” böyüyür: Abidə icra hakimiyyətinin balansındadır – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun Lent.az-a verdiyi məlumata görə, Nazirlər Kabinetinin 18 aprel 2002-ci il tarixli 73 №-li sərəncamına əsasən, Azərbaycan Dəmir Yolunun balansında olan Gəncə, Sumqayıt, Əli Bayramlı, Lənkəran, Şəki, Yevlax şəhərləri, Abşeron, Xızı, Tovuz, Xanlar, Daşkəsən, Samux, Saatlı, Salyan, Astara, Goranboy, Sabirabad, Beyləqan, Masallı, Qax, Cəlilabad, Neftçala, Ağdaş, Qazax, İmişli rayonları ərazilərindəki mənzil fondu və onunla bağlı kommunal təyinatlı mühəndis kommunikasiyaları, qurğuları, yollar aidiyyatı üzrə şəhər və rayon icra hakimiyyətlərinin balansına verilməlidir.

Bu sərəncama əsasən, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti rəhbərliyi Gəncə şəhər İcra Hakimiyyətinə müvafiq məktubla müraciət edib. Gəncə şəhər İcra Hakimiyyətinin 28 noyabr 2014-ci ildə “Azərbaycan Dəmir Yollar”» Qapalı Səhmdar Cəmiyyətinə göndərdiyi cavab məktubunda Azərbaycan Dəmir Yolunun balansında olan mənzil fondu və onunla bağlı kommunal təyinatlı mühəndis kommunikasiyaları qurğularının Gəncə şəhər İcra Hakimiyyətinin balansına və xidmət dairəsinə əvəzsiz qəbul edilməsinə razılıq verilib. “Azərbaycan Dəmir Yolları” QSC rəsmi şəkildə bəyan edir ki, hazırda Gəncədəki Məmməd Əmin Rəsulzadənin abidəsinin yerləşdiyi parkda aparılan təmir-tikinti işlərinin Nəqliyyat Nazirliyinin struktur bölməsi olan “Azərbaycan Dəmir Yolları” QSC-yə heç bir aidiyyatı yoxdur və parkdakı hər hansı neqativ hala görə cavabdeh orada tikinti işlərini həyat keçirən təşkilatdır.

Qeyd edək ki, Milli Məclisin 29 mayda keçirilən iclasında millət vəkili Musa Quliyev həmkarı Sabir Rüstəmxanlının Gəncədə Məmməd Əmin Rəsulzadənin abidəsinin başına çuval keçirilməsi və onun təhqir edilməsi ilə bağlı fikirlərinə cavab verib. O bildirib ki, S. Rüstəmxanlının Məmməd Əmin Rəsulzadənin abidəsi ilə bağlı səsləndirdiyi fikrin heç bir əsası yoxdur, həmin parkda uzun müddətdir təmir işləri gedir və o abidə də keyfiyyətsizdir. Ona görə də abidənin təmir işləri ilə bağlı üstü örtülüb. M. Quliyev o bağın Gəncə İcra Hakimiyyətinə heç bir aidiyyatı olmadığını, o bağın Nəqliyyat Nazirliyinin balansında və baxımsız vəziyyətdə olduğunu vurğulayıb.

İnterpress.az