Hadisə paytaxtın Binəqədi rayon ərazisində, Atatürk prospekti 56 ünvanında qeydə alınıb. Binanın üzlüyü sökülərkən həyətdən keçən Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Kamil İlyas oğlu Nəhmədovun başına dəmir parçası düşüb. Nəticədə o, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır. ( apa )
İnterpress.az