Rayon qeydiyyatında olan avtomobillər bu gündən Bakıya buraxılmırbackend

Rayon qeydiyyatında olan avtomobillər bu gündən Bakıya buraxılmır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BDYPİ-nin ictimai qurumlarla əlaqə şöbəsinin rəisi Kamran Əliyevin APA-ya verdiyi məlumata görə, bu ay paytaxtda keçiriləcək I Avropa Oyunları ilə əlaqədar bu gündən respublikanın digər şəhər və rayon qeydiyyatında olan avtomobillərin paytaxta girişinə məhdudiyyətlər qoyulub: “Bakının bütün girişlərində xüsusi postlar yaradılıb. Respublikanın digər şəhər və rayon qeydiyyatında olan avtomobillər paytaxtın bütün girişlərində yeni salınmış müvəqqəti saxlanma yerində saxlanılacaq”.

K. Əliyev dayanacaqlarda maksimim 5 minə yaxın avtomobilin saxlana biləcəyini qeyd edib: “Rayonlardan gələn şəxslər ictimai nəqliyyatla mərkəzə gedə bilərlər”.

İnterpress.az