Bu yağdan istifadə etmək olmazbackend

Bu yağdan istifadə etmək olmaz

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu, Standartlaşdırma, Metrologiya və Patent Komitəsinin qərarı ilə təsdiqlənən AZS 804-2015 “İctimai iaşə xidmətləri və əhaliyə realizasiya olunan kulinariya məhsulları. Ümumi texniki şərtlər” dövlət standartında ictimai iaşə məhsullarının (xörəklər, kulinariya məmulatları və kulinar yarımfabrikatları, çörək-bulka və unlu qənnadı məmulatlarının məcmusu) keyfiyyət və təhlükəsizliyinə ümumi tələblər sırasında yer alıb.

Azərbaycan Milli Kulinariya Mərkəzinin (AMKM) baş direktoru Tahir Əmiraslanov APA-ya açıqlamasında bildirib ki, söhbət qızartma yeməklər hazırlanarkən bir neçə dəfə istifadə edilən bitki yağlarından gedir: “Əgər bitki yağlarında bir neçə dəfə tutaq ki, kartof qızardılarsa, o halda bitki yağları oksidləşir. Bu da sağlamlıq üçün ziyanlıdır. Ona görə də oksidləşmə dərəcəsi 1%-i keçmiş frityur yağlarının istifadə olunmasına qadağa qoyulması təqdir edilməlidir”.

İnterpress.az