Prezident fərmana dəyişiklik edibbackend

Prezident fərmana dəyişiklik edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dəyişiklikdə bildirilir ki, I bənd üzrə:

“texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanın çıxarılmasını” və “barəsində əməliyyat-axtarış tədbirləri həyata keçirilən mobil rabitə istifadəçisinin baza antenaları üzrə yeri (yerdəyişməsi) haqqında məlumatların və telefon danışıqları apardığı şəxslərin siyahısının texniki rabitə kanallarından və digər texniki vasitələrdən real vaxt rejimində çıxarılmasını həmçinin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi” sözləri çıxarılsın;

üçüncü abzasda “qulaqasmanı” sözündən sonra “texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanın çıxarılmasını” sözləri əlavə olunsun;

IV bənddən “və bu tədbirlərin keçirilməsini təmin edən avadanlıqların istismarını” sözləri çıxarılsın və həmin bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Rabitə şəbəkələrində əməliyyat-axtarış tədbirləri Azərbaycan Respublikasının Milli Təhlükəsizlik və Daxili İşlər nazirlikləri tərəfindən avtonom rejimdə istismar olunan avadanlıqlar tətbiq edilməklə həyata keçirilir”.

İnterpress.az