Batan gəminin kapitanı həbs edildibackend

Batan gəminin kapitanı həbs edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin polisi kapitanla yanaşı sərnişin gəmisinin baş mexanikini də həbs edib.

İyunun 1-də axşam Yanszı çayında batan gəminin göyərtəsində 458 nəfər olub. Onlardan 405-i turist, 47-si ekipaj üzvü və 5 nəfər turizm agentliyi işçisi olub.

Aparılan xilasetmə işləri nəticəsində 20-dən çox adam xilas edilib. Hadisə yerində xilasetmə işləri davam edir. Digər sərnişinlərin aqibəti bilinmir. Lakin xilasedicilər gəmidən insan səsləri gəldiklərini deyirlər.

Qəzaya, çayda yaranan qasırğanın səbəb olduğu bildirilir. Hadisə baş verən əraziyə ölkənin baş naziri Li Kesyan yollanıb. Bundan başqa, Çin Xalq Demokratik Respublikasının sədri Si Szinpin axtarış-xilasetmə işlərinin gücləndirilməsi və insanların həyatının təhlükəsizliyini təmin etmək üçün xilasedicilərin səylə çalışması barədə göstəriş verib.

Batan gəminin kapitanı həbs edildi

İnterpress.az