Bu il Azərbaycana Həcc ziyarəti üçün ayrılan yerlərin sayı ötən ilkindən azdır. Cəmi 2600 yer.
Bu vaxta kimi QMİ-yə 1800 nəfər sənədlərini təqdim edib. Onlardan 400 nəfəri 5750 dollarlıq, 1400 nəfəri isə 4700 dollarlıq səfər xidməti üçün sənəd verib.
Xatırladaq ki, bu il Həcc ziyarətinə təyyarə ilə səfərlər 11-15 sentyabr tarixlərində həyata keçiriləcək. Müqəddəs Qurban bayramının isə sentyabrın 24-nə təsadüf edəcəyi gözlənilir.
Rəhimə xanımın sözlərinə görə, müqəddəs Ramazan ayından sonra sənəd verənlərin sayının sürətlə artacağı gözlənilir.
Qeyd edək ki, sənədlərin qəbulu yalnız QMİ-də aparılır. Zəvvar olmaq istəyənlərə iki formada ziyarət təklif olunur. Daha yaxşı şəraitli hotellərdə qalmaq, bahalı yeməklərlə təmin olunmaq, o cümlədən hotellərdə 4 nəfərlik otaqlarda yerləşdirmə variantının xərci 5750 ABŞ dolları, az şəraitli, 5-6 nəfərlik otaqlı hotellərdə qalmaq variantı isə 4700 dollardır.
Ötən il Həcc ziyarəti üçün ən yüksək qiymət 4100 manat, ən aşağı qiymət isə 3250 manat olub.
İnterpress.az