Bunu İnterpress.az-a partiyann Suraxanı rayon təşkilatının keçmiş sədri Rövşən Dəmirli Nizamnamə pozuntuları ilə bağlı Ədliyyə Nazirliyinə gözlənilən müraciətlə bağlı açıqlamasında bildirib.
Rövşən Dəirlinin sözlərinə görə, müraciət mütləq göndəriləcək: “Sadəcə sənəd hazırlığı müəyyən qədər zaman aparır. Buna görə də onlar buna inanmırlar. Əslində yubatmaqda məqsədlərdən biri də odur ki, nə qədər gec olsa Nizamnamə pozuntuları da bir o qədər çoxalır. Addımbaşı səhvlər buraxırlar. Gözləyirik ki daha çox səhv buraxsınlar. Müraciətdə qurultaydan əvvəlki və sonrakı bütün səhvlər sadalanacaq”.
Elnarə
İnterpress.az