“Qanuni oğru”lar Saakaşviliyə görə “sxodka” keçirdibackend

“Qanuni oğru”lar Saakaşviliyə görə “sxodka” keçirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatında bildirilib.

Məlumata görə, Ukraynada vəzifəyə təyinatından sonra da bu təcrübədən yararlanacağını düşünən “qanuni oğru”lar təcili “sxodka” keçirib.

Yerli hüquq-mühafizə orqanları bununla bağlı Saakaşvilini məlumatlandırıb.

DİN-dəki mənbənin mətbuata verdiyi məlumata görə, “oğru”lar Saakaşvilinin istisna olunmayan planlarını əvvəlcədən yox etmək barədə fikir mübadiləsi aparıblar: “Hərbi əməliyyatlar başladıqdan sonra “qanuni oğru”larn miqrasiyası başlayıb. Onların böyük əksəriyyəti Kiyevə gedib. Ancaq orada yer darlıq edib. Bir hissə isə yeni məskən kimi Qərbi Ukraynanı seçib. Odessada neçə “oğru”nun qaldığını söyləmək çətindir. Bununla belə onların sayının 20-yə yaxın olduğu güman edilir”.

Qeyd edək ki, Saakaşvili Gürcüstanda hakimiyyətdə olduğu zaman Ded Xasanın yerinə iddialı Zaxar Kalaşovun 30 milyon dollar dəyərindəki malikanəsini milliləşdirərək dövlət idarələrindən birini həmin binaya köçürüb.

Elnarə
İnterpress.az