İnterpress.az xəbər verir ki, Britaniya və Niderland alimlərinin apardığı araşdırmalar bunu göstərib.
Hər iki ölkədən minlərlə insan üzərində aparılan araşdırma nəticələrinə görə, müasir tibbi inkişaf və həyat səviyyəsinin yüksəlməsi qadınlara daha erkən yaşlarda ana olmaq imkanı verir.
“PLoS One” jurnalında dərc olunan araşdırma nəticəsinə görə, araşdırmada 4300 niderlandlı və 2400 britaniyalı qadın iştirak edib.
“Genetika və evolyusiya göstərir ki, müasir qızlar daha tez ana olmalıdırlar. Onlar bu məsələdə öz əcdadlarından daha tez hərəkət etməlidirlər. Ancaq cəmiyyətin təsiri və başqa səbəblərdən qadınlar daha gec yaşlarda ana olmağa çalışır. Bu zaman hətta uşaqsız qalmaq ehtimalını da bilirlər, ancaq bu onların qərarına mane olmur” deyə layihənin rəhbəri, sosioloq Melinda Mills bildirib.
İnterpress.az