“Orucluq ayında iftardan əvvəl verilən ehsan haramdır”backend

“Orucluq ayında iftardan əvvəl verilən ehsan haramdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şeyxülislam Hacı Allahşükür Paşazadə Ramazan ayının gəlişi münasibəti ilə bu gün keçirilən tədbirdə bildirib ki, Orucluq ayı zamanı iftardan əvvəl verilən ehsanlar haramdır.

O qeyd edib ki, bu kimi ehsanların verildiyi məclislərdə iştirak edən, bu kimi ehsanlara fatihə verən mollalar da Allaha qarşı çıxmış, qiyam etmiş olur: “Bu şəriətə görə böyük günahdır. Buna əməl etməyən dindarlar cəzalandırılacaq. Mən burdan söz verirəm. Əgər həmin şəxslər orucluq ayı zamanı elə məclislərdə iştirak edəcəksə, elə ehsanların verilməsində fatihə oxuyacaqsa, biz onunla daha əməkdaşlıq etməyəcəyik. Necə ola bilər ki, sən hansısa bir imkanlı, yaxud vəzifəli adamın sözünü guya yerə salmayıb onun belə – iftardan əvvəl açdığı süfrədə iştirak edirsən, amma Allahı nəzərə almırsan? Axı Allah böyükdür! Belə hərəkət etmək isə Allaha qarşı çıxmaq deməkdir”.

İnterpress.az