Sevdiyi qıza görə “qadın” oldu – FOTObackend

Sevdiyi qıza görə “qadın” oldu – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

1998-ci il təvəllüdlü məzun qızın əvəzinə imtahan vermək üçün onu sevən oğlan qadın məktəbli forması geyinib.

“Qıza daha çox bənzəmək üçün gənc parik taxıb, qaşlarını və kirpiklərini boyayıb. Oğlan qızın əvəzinə vahid milli test imtahanını vermək üçün qadın libası geyinib. Bu fakt 02.06.2015 tarixində Daxili İşlər İdarəsində qeydə alınıb. Saxta məzunun izahatına görə, o, öz tanışının imtahandan keçməsinə kömək etmək istəyib”, -deyə rayon prokuroru Nurjan Boranbayev bildirib.

Əldə olunan məlumata görə, oğlan elə vahid milli test imtahanının verilməsi mərkəzinin girişində ifşa edilib. İndi gəncin şəkilləri bütün sosial şəbəkələrdə yayılıb.

Oğlanın əvəzində imtahan vermək istədiyi qız isə bu il imtahan vermək imkanından məhrum edilib. Prokurorluğun məlumatına görə, qız imtahan vermək üçün gələn ili gözləməli olacaq.

Sevdiyi qıza görə “qadın” oldu - FOTO

İnterpress.az