“Kölgə komandir”in sürprizi: 15 iranlı Suriyaya göndərildibackend

“Kölgə komandir”in sürprizi: 15 iranlı Suriyaya göndərildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Livan mətbuatı İranın Suriyaya 15 minlik qoşun göndərdiyini iddia edib.

Əsasən gizli əməliyyatlarda iştirakı ilə tanınan və bu səbəbdən də “kölgə komandir” ləqəbi ilə tanınan Qasım Süleymani sürprizlə bağlı açqılamasını bir neçə gün əvvəl İranın rəsmi xəbər agentliyi olan İRNA-ya müsahibəsində bildirmişdi.

Livanda nəşr olunan “The Daily Star” qəzetində yer alan məlumata görə, döyüşçülər əsasən İran, İraq və Əfqanıstandan toplanıb. Döyüşçülər ilk növbədə Dəməşqin yaxınlığındakı Lazkiyə şəhərinə göndərilib.

Qasım Süleymaninin də əməliyyata nəzarət etmək üçün Suriyaya getdiyi bildirilir. Süleymaninin hazırladığı əməliyyat planı Suriya prezidenti Bəşər Əsədin xoşuna gəlməsə də, sonradan qəbul etmək məcburiyyətində qalıb.

İnterpress.az