İlham Əliyevdən başsağlığıbackend

İlham Əliyevdən başsağlığı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Başsağlığı məktubunda deyilir:

\”Yanszı çayında səyahət gəmisinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbərini kədər hissi ilə qarşıladım.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə, bütün Çin xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm\”.

Xatırladaq ki, Çinin Xubey əyaələtində səyahət gəmisi qəzaya düşüb. Göyərtəsində 458 nəfərlə Yanszı çayında batan “Dunfançjisin” (“Şərqin ulduzu”) adlı çay teploxodunun batmasından sonra hadisə yerinə çox sayda xilasetmə qrupu cəlb edilib. Aparılan xilasetmə işləri nəticəsində 20-dən çox adam xilas olunub. Havanın güclü külək və yağışla müşayiət olunması isə bu işləri daha da çətinləşdirib. Nankindən Çunsin istiqamətində üzən gəmidə turistər, səyahət agentlyi nümayəndələri və ekipaj üzvü olub. Hadisə yerində xiasetmə işləri davam edir.

İnterpress.az