Ona bildirilib ki, ölkədən çıxmasına rəsmi qadağa var. Bu barədə istiqlal.az-a Binəqədidəki mənbələrdən məlumat daxil olub.
Mənbənin bildirdiyinə görə, İ.Süleymanov icra başçısı Xaləddin İskəndərovun ən etibarlı adamlarından biridir və rayondakı tikinti-təmir işlərini kurasiya edir. Yanan binaya görə başçıdan sonra məsuliyyət daşıyacaq ikinci şəxsdir.
istiqlal.az-ın araşdırmalarına görə başçı ilə müavin arasında həm də dostluq münasibətləri var. Onlar uzun illər vergi sistemində birgə çalışıblar – X.İsgəndərov başçı təyin olunan kimi onu yanına aparıb və müavin təyin edib.
1970-ci il təvəllüdlü İlqar Süleymanov Gədəbəy rayonunun Keşişkənd kəndində anadan olmuşdur. 1992-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun “Maliyyə kredit” fakultəsini bitirmişdir.
Əmək fəaliyyətinə 1992-ci ildə Xızı rayon Dövlət Vergi Müfəttişliyində Dövlət vergi müfəttişi, şöbə rəisi olaraq başlamış, 2000-2001-ci illərdə Xızı rayonu üzrə Vergilər şöbəsinin rəisi, 2001-2002-ci illərdə Nəsimi rayonu üzrə Vergilər İdarəsində rəis müavini, 2002-2004-cü illərdə Bakı şəhəri Baş Vergilər İdarəsində Operativ nəzarət idarəsinin rəis müavini, 2004-2010-cu illərdə Vergilər Nazirliyinin vergi ödəyicilərinin auditi baş idarəsinin şöbə rəisi, 2010-2012-ci illərdə 6 saylı Ərazi Vergi İdarəsinin rəisi, 2012-ci ildə Vergilər Nazirliyinin iqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı baş idarəsində rəis müavini vəzifələrində çalışmışdır.
2012-ci ilin dekabrından Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə, 2013-cü il dekabrından isə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinə təyin edilib.
İnterpress.az