6-cı sinif şagirdi olan qızın anası övladının hamiləliyi haqqında heç nə bilməyib.
Məktəbli qız uşağının atası ilə internet vasitəsilə tanış olub. Yeniyetmə ana gəncin başqa şəhərdə yamasından və 20 yaşı olduğundan başqa onun haqqında heç nə bilmir. Oğlan qızı təcavüz etməklə təhdid edərək ondan hamiləliyini gizlətməyi tələb edib.
Bu yaxınlarda Slovakiyada kütləvi informasiya vasitələri 13 yaşlı qızın da ana olacağı haqqında yazıblar. 7-ci sinif şagirdi olan qız abort üçün müraciət etsə də, həkimlər bunun üçün gec olduğunu deyiblər.
İndi hər iki hadisə ilə bağlı istintaq aparılır.
Qeyd edək ki, Slovakiyanın qanunlarına görə, cinsi münasibət üçün minimum yaş həddi 15-dir.
İnterpress.az