Batan gəmidə ölənlərin sayı 396-a çatdıbackend

Batan gəmidə ölənlərin sayı 396-a çatdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Göyərtəsində 456 nəfər sərnişin və heyət üzvü olan Eastern Star gəmisi bazar ertəsi qasırğaya düşərkən aşıb.

Qəzadan yalnız 14 adam salamat çıxıb, 40 nəfər itkin düşmüş sayılır.

Xilasetmə xidmətləri gəmidə axtarış üzrə işləri davam etdirirlər.

Lakin rəsmilər bildirirlər ki, sağ qalanları tapmaq şansları cüzidir.

Fəlakət kommunist hakimiyyətinin 60 illik idarəsi müddətində baş vermiş ən ağır gəmi qəzasıdır.

Qəzanın baş verdiyi əraziyə giriş sərt nəzarət alınıb.

Çin prezidenti qəzada yaxınlarını itirənlərin qəzəbli etiraz nümayişindən sonra hadisənin ətraflı şəkildə araşdırılacağını vəd edib.

Sərnişinlərin əksəriyyəti 1500 kilometrlik gəmi səyahətinə çıxan 50-80 yaşları arasında turistlər olub.

İnterpress.az