İnterpress.az xəbər verir ki, MHP lideri AKP ilə koalisiyaya girməyəcəklərinin anonsunu verib.
Seçki nəticələrini AKP üçün sonun başlanğıcı kimi dəyərləndirən Bahçeli “Çözümlə bağlı AKP-CHP-HDP-ni bir araya gətirə bilərsiniz. AKP-HDP koalisiyası 337 millət vəkili ilə güvən ala biləcək bir koalisiya modelidir. AKP-CHP-HDP-ni əsas götürsəniz, bu, 469 deməkdir. Bunun yanında MHP şərəfi və heysiyyatı ilə çox gözəl ana müxalifət vəzifəsini üzərinə götürməyə hazırdır” deyə vurğulayıb.
İnterpress.az