Hadisə Bakının Mərdəkan-Buzovna şosesində qeydə alınıb. Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinin əməliyyat müvəkkili, polis-leytenantı, 1993-cü il təvəllüdlü Oqtay Rəhimov idarə etdiyi “Hyundai İX 35” markalı avtomobili aşırıb. Nəticədə sürücü və maşında olan sərnişin, 1992-ci il təvəllüdlü Maqsud Zeynalov xəstəxanaya aparılıblar. Yaralılardan M. Zeynalov aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. ( apa )
İnterpress.az