Bakıda ağır yol qəzası baş veribbackend

Bakıda ağır yol qəzası baş verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yol qəzası paytaxtın Heydər Əliyev prospektində qeydə alınıb.

Bakı şəhər sakini Qabil Rəşid oğlu İsmayılovun idarə etdiyi “VAZ 2109” markalı, 10-MB-147 dövlət nömrə nişanlı avtomobil 1947-ci il təvəllüdlü Fəxrəddin Əliyevin idarə etdiyi “Mercedes” markalı avtomobillə toqquşub.

Nəticədə F. Əliyev və oğlu Fərid, digər avtomobilin sürücüsü müxtəlif bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına daxil olub.

Q. İsmayılovun həyat yoldaşı, 1994-cü il təvəllüdlü Rəna Lətifova hadisə yerində ölüb. ( apa )

İnterpress.az