Azərbaycanda xanım bələdiyyə sədrini və onun həyat yoldaşını öldürən şəxs tutulub.
Həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində qətli törədən şəxsin Saray qəsəbə sakini, 1980-cı il təvəllüdlü Fədai Güloğlan oğlu Hüseynov olması müəyyən edilib və o saxlanılıb.
Hazırda baş vermiş hadisə ilə bağlı istintaq tədbirləri davam etdirilir. ( apa )
***
Saray qəsəbəsində qətlə yetirlən bələdiyyə sədri Vəsilə Əbilhəsənovanın dəfn mərasimi bu gün saat 13.00-da keçiriləcək.
Bu barədə məlumatı İnterpress.az-a mərhumun yaxınları verib. Məlumata görə, bu gün bələdiyyə sədrinin ad günü imiş. Onun 39 yaşı tamam olacaqdı.
***
Hadisə gecə saatlarında onun yaşadığı Saray qəsəbəsindəki evində qeydə alınıb.
Belə ki, qatillər onun başını kəsib, həyat yoldaşının isə güllə ilə ürəyindən vurublar. Üstəlik, izi itirmək üçün evi yandırıblar. Hazırda mərhumların meyitləri Sumqayıt şəhər 1 saylı təcili tibbi yardım xəstəxanısının morqundadır. ( xeberle.com )
İnterpress.az