Xüsusi təyinatlı avtomobillər üçün xüsusi hərəkət zolağı ola bilərbackend

Xüsusi təyinatlı avtomobillər üçün xüsusi hərəkət zolağı ola bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Modern.az saytının sorğusunu Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev cavablandırıb.

O bildirib ki, bu barədə öncədən məlumat vermək, fikir söyləmək tezdir: “Oyunlardan sonra yolun saxlanılıb və ya ləğv olunması ilə bağlı hazırda məlumat yoxdur. Bu, ancaq Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizlik Komissiyasının qərar ilə həyata keçirilə bilər. Amma zərurət yaranarsa, müəyyən ərazilərdə saxlanıla bilər.

Nəqliyyatın sıxlığının qarşısının alınması üçün güman etmirəm ki, əksər hissələrdə, xüsusilə də Ziya Bünyadaov prospektində o zolaqlar axıra qədər saxlanılsın. Ancaq bu, Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizlik Komissiyasının səlahiyyətinə aid olan məsələdir. Bununla bağlı yalnız komissiya qərar qəbul edə bilər”.

İnterpress.az