İnterpress.az xəbər verir ki, imtahanın ləğv edildiyi 26 ölkə arasında Azərbaycan da var. Azərbaycandan başqa Əfqanstan, Fildişi sahili, Qana, İraq, Kamerun, Qazaxıstan, Nigeriya kimi ölkələrin də adı çəkilir.
Süleyman Dəmirəl Universitetinə keçirilən imtahanların ləğv ediləməsinin səbəbi sualların Fətullah Gülən tərəfdarlarına əvvəlcədən verilməsi ilə bağlı iddialardır. Hazırda iddialarla bağlı araşdırma aparılır. İddialar təsdiqini tapacağı təqdirdə məsul şəxslər məsuliyyətə cəlb ediləcək.
Süleyman Dəmirəl Universitetinin rektoru professor Haluk Sonqurun sözlərinə görə, imtahanda iştirak etmək üçün müraciət edən bir çox şəxslər paralel quruluşa aid olduğu bildirilən ev və ya yataqxanaları yaşayış yeri olaraq qeyd edib. İmtahan zamanı bəzi abituriyentlər onlara verilən sual kitabçalarının səhv olduğunu deyib, bəzilərinin isə davranışı təəccüb yaradıb.
İmtahana qatılmaq üçün ödənilən vəsait şəxslərə geri ödəniləcək.
İnterpress.az