Dövlət başçısı türkiyəli həmkarını hakim Ədalət və İnkişaf Partiyasının parlament seçkilərində qələbəsi münasibətilə təbrik edib, Türkiyə xalqına firavanlıq arzularını çatdırıb.
Türkiyə prezidenti göstərilən diqqətə və təbriklərə görə minnətdarlığını bildirib.
Dövlət başçıları Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə ediblər, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əmin olduqlarını bildiriblər.
İnterpress.az