“Ölüm hökmü bərpa edilməlidir”backend

“Ölüm hökmü bərpa edilməlidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün isə Abşeron rayonu Saray Qəsəbə Bələdiyyəsinin sədri Vəsilə Həsənova və onun həyat yoldaşı Vəfadar Həsənova yaşadığı evdə Fədai Güloğlan oğlu Hüseynov tərəfindən vəhşicəsinə qətlə yetirib.

Bu kimi hadisələrdən sonra sosial şəbəkələrdə ölüm hökmünün bərpa olunması təklifi ilə çıxışlar edilir. Şəbəkə istifadəçiləri hesab edir ki, ölüm hökmü bərpa olunsa, belə çinayətlərin qarşısı alınar.

Millət vəkili Fazil Mustafa AzNews.az-a ölüm hökmünün bərpa olunması təklifi ilə dəfələrlə çıxış etdiyini deyib: “Ölüm hökmü bərpa olunmalıdır. Əgər diqqət edirsinizsə, mən ölüm hökmünün bərpası ilə bağlı təklifləri həmişə irəli sürürəm. Bu cür vəhşi olaylara qarşı tədbirlərin görülməsi istiqamətində cinayət məsəlləsinin sərtləşdirilməsinin tərəfdarıyam. Dəfələrlə olub ki, biz bu məsələni qaldırmışıq, amma hələ rəsmi reaksiyalar yoxdur. Ümid edirəm ki, olacaq”.

F.Mustafa hesab edir ki, ölüm hökmü bərpa olunsa, insanlar bu cür cinayətlərdən çəkinəcəklər.

İnterpress.az