Misir HƏMAS-ı terror təşkilatından çıxardıbackend

Misir HƏMAS-ı terror təşkilatından çıxardı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu təşkilatın terror təşkilatı siyahısına salınması barədə qərar bu il fevralın 28-də Qahirədə keçirilən məhkəmədə verilib. Ancaq bu qərara martın 11-də Misir hökuməti tərəfindən etiraz edilib.

Misir hakimiyyəti Qəzzə sektoru ilə həmsərhəd olan Sinay yarımadasına hücum edən cihadçılara dəstək verdiyinə görə fələstinlilərdən ibarət qruplaşmanı günahlandırır. Qəzzə sektorunu nəzarəti altında saxlayan HƏMAS Misirin \”Müsəlman Qardaşları\” hərəkatının bir qoludur. Hansı ki, \”Müsəlman Qardaşları\” daha əvvəl Misirdə terrorçu təşkilat kimi elan olunmuşdu.

Hərəkat fəalları Misirdə 2013-cü ildə ölkə prezidenti seçilən Məhəmməd Mursinin devrilməsindən sonra sistematik təqiblərə məruz qalırlar.

İnterpress.az