Bunu jurnalistlərə Heydər Əliyev Beynəlxalq Hava Limanında Türkiyədən gələn idmançıların qarşılanma mərasimində Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun bildirib.
Səfirin sözlərinə görə, bu gün türkiyəli idmançılardan ibarət ilk qrup Bakıya gəlib və onlar özlərini öz ölkələrindəki kimi hiss edirlər: \”Azərbaycanda Avropa Oyunlarına uzun zamandır ciddi hazırlıq aparılır. Ümid edirəm ki, Bakı 2015 Avropa Oyunları Azərbaycanın və Türkiyənin qürur duyduğu bir tədbir olacaq. Azərbaycan bir daha dünyaya sübut edəcək ki, belə möhtəşəm tədbirlər keçirməyə qadirdir\”.
Bakıya gələn Türkiyə nümayəndə heyətinin rəhbərinin müavini Özal Çətin isə deyib ki, Azərbaycan Avropa Oyunlarını yüksək səviyyədə təşkil edəcək: \”Biz 190 idmançı ilə təmsil olunacağıq. Ümumilikdə isə 310 nəfərdən ibarət komanda heyəti gələcək Bakıya. Bu gün hələ ki, 49 nəfər gəlmişik. Digər idmançılarımız Oyunlar günlərində gələcəklər. Hazırda su polosu və su topu idman növü üzrə idmançılarımız buradadır\”.
Türkiyəli idmançılar isə Azərbaycanda özlərini Vətənlərindəki kimi hiss etdiklərini deyiblər.
Qeyd edək ki, I Avropa Oyunlarının iyun ayının 12-də keçiriləcək açılış mərasiminə Türkiyə nümayəndə heyəti 200 nəfərlə qatılacaq.
İnterpress.az