Təhsil nazirindən 20 nömrəli məktəbin tikintisi ilə bağlı açıqlamabackend

Təhsil nazirindən 20 nömrəli məktəbin tikintisi ilə bağlı açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu təhsil naziri Mikayıl Cabbarov deyib.

M. Cabbarov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun 20 nömrəli məktəbin ərazisində park salınması ilə bağlı ideya verməsi haqda məlumatlara da münasibət bildirib: “Hacıbala Abutalıbov təhsillə bağlı olan adamdır. Mən onun fikri ilə tanış deyiləm. Yəqin ki, anlaşılmazlıq olub. Düşünürəm ki, bu işdə heç bir problem olmayacaq. Məktəbin tikintisinin 2016-2017-ci illərdə başa çatdırılması planlaşdırılır. Bakı Şəhər İcra Hakimiyyəti son illərdə onlarla məktəb tikib, təhvil verib. Həmin məktəblərdə paytaxtda yaşayan on minlərlə şagird təhsil alır. Paytaxt sakini olaraq o şagirdlərin adından Hacıbala Abutalıbova təşəkkürümü bildirirəm”.

Təhsil naziri qeyd edib ki, 20 nömrəli məktəbdə təhsil alan şagirdlər iki ayrı məktəbə yerləşdirilib: “20 nömrəli məktəb respublikada ən böyük məktəblərdən biridir. Orada 3000-ə yaxın şagird oxuyur, 110-dan çox sinif var. Bir neçə innovativ, o cümlədən elektron tədrisi və təhsili tətbiq edən mexanizmlər 20 nömrəli məktəbdə tədris olunur. Çox böyük olduğuna görə orada təhsil alan şagirdləri iki ayrı məktəbdə yerləşdirə bilmişik”.

İnterpress.az