Mikayıl Müşfiq küçəsinin Parlament prospekti ilə kəsişməsindən başlayaraq Parlament prospekti, Mehdi Hüseyn, Teymur Elçin, Lermontov, İstiqlaliyyət, Niyazi küçələri, Azneft dairəsi, Neftçilər prospekti, Azadlıq meydanı, Yusif Səfərov küçəsi, “10-cu zavod” dairəsi, Heydər Əliyev prospekti, Heydər Əliyev Mərkəzi, metronun “Koroğlu” stansiyası, Milli Olimpiya Stadionu, Aeroport şossesi, Mərdəkan dairəsi və Zuğulba qəsəbəsinə doğru, eləcə də əks istiqamətdə geriyə, həmçinin “Cavanşir\” körpüsü, Üzeyir Hacıbəyov küçəsi, Azadlıq prospekti, Zərifə Əliyeva, Rəsul Rza küçələri, eyni zamanda Avropa Oyunları zamanı idman yarışlarının keçiriləcəyi bütün arenalar və onlara bitişik küçə prospektlər üzrə nəqliyyat vasitələrinin hərəkət istiqaməti dəyişdirilir. Bu məqsədlə sürücülərə Bakı-Salyan yolunun 14-cü km-dən, yəni \”Meyvəli\” bazarının yanından Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) yanından keçməklə Binəqədi, Mehdiabad, Digah, Zabrat, Balaxanı, Sabunçu, Bakıxanov, Suraxanı istiqamətində hərəkət etmələri tövsiyə edilir. Abşeron rayonu və Sumqayıtdan gələnlər də Baş Dövlət Yol Polisi İdarəsinin yanından keçərək Digah yolundan istifadə etsinlər.
Eyni zamanda Hüseyn Cavid prospekti – Mikayıl Müşfiq küçəsi, Yusuf Səfərov – 28 may küçələrinin kəsişməsindən hərəkət istiqamətləri dəyişdirilir.
Heydər Əliyev adına Beynəlxalq Hava Limanından şəhər istiqamətində gələnlərə isə Suraxanı ərazisindən keçərək Bakıxanov, Qaraçuxur və Sabunçu qəsəbələri ərazisindəki yollarla hərəkət etmələri tövsiyə edilir. Paytaxtın Xətai rayonunda Nəcəfqulu Rəfiyev Babək prospekti və digər yollar hərəkət üçün açıq olacaq.
İnterpress.az