Bunu İnterpress.az-a “Sevil” massivinin zərərçəkənləri bildirib.
Zərərçəkənlərin sözlərinə görə, bir qrup təmsilçi Korrupsiyaya qarşı Mübarizə İdarəsində görüş keçirib: “Bizə bildirildi ki, istintaq tamamlanıb və iş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Ancaq hələlik prosesin vaxtı təyin edilməyib. Böyük ehtimalla proses iyunun sonlarına təyin ediləcək”.
Xatırladaq ki, “Sevil” massivində tikinti dayandırıldıqdan və “Sevil Massivi” Mənzil Tikinti Kooperativinin (MTK) təsisçisi Aynur Zeynalov da daxil olmaqla bir neçə nəfərin həbsindən sonra bəzi zərərçəkənlərə ödədikləri vəsait geri ödənilib, yaxud torpaq sahəsi ilə əvəzlənib.
Lakin zərərçəkənlərin əksəriyyəti ödədikləri vəsaiti geri ala bilməyib.
Elnarə
İnterpress.az