Bu gün telekanala gedən bir qrup dindar aparıcının efir vasitəsilə üzr istəməsini tələb edib. Dindarların fikrincə, aparıcının işlətdiyi ifadələr bütün inanclı qadınlara təhqirdir. Xatırladaq ki, aparıcı efirdə bu fikirləri səsləndirib: “İmam Hüseyn müsibəti adı altında profillər açırlar e, özlərinə… Sonra biz o profillərə girəndə o qədər orada lüt qız-oğlan şəkilləri görürük, biədəb… Birincisi, imama hörmət etmək lazımdır. Onun adına Feysbukda profil yox, səhifə açmaq lazımdır…\” İnanclı insanların isə bu sözlər xətrinə dəyib. Aparıcı deyib ki, “o qara-qura arvadlardansa, bayquş kimi belə… neqativ-filan görünməkdənsə, mənim xoşuma gəlir ki, hicabda, ancaq daha səliqəli görünsünlər”.
İnterpress.az