Bu barədə Nəqliyyatın İntellektual İdarəetməsi Mərkəzindən məlumat verilib.
Məlumata görə, Bakıda məşəlin səyahəti ilə bağlı 10 iyun tarixində aşağıda qeyd olunan küçə və prospektlərdə fasilələrlə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq:
– Şəmsi Bədəlbəyli küçəsi;
– Səməd Vurğun küçəsi;
– Bül-bül prospekti;
– Rəşid Behbudov küçəsi;
– Azadlıq prospekti;
– İstiqlaliyyət küçəsi;
– Niyazi küçəsi;
– Şövkət Ələkbərova küçəsi.
12 iyun I Avropa Oyunlarının açılış mərasimi günü isə aşağıda qeyd olunan yollarda günorta saat 04:00-dan, növbəti gecə saat 02:00-dək nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq:
– Heydər Əliyev prospekti, Babək qovşağından Sabunçu qovşağınadək;
– Mehdi Hüseyn küçəsi, Parlament prospekti dairəsindən Teymur Elçin küçəsi ilə kəsişməyədək.
İnterpress.az