“Xeber1.az” “AVROPA OYUNLARI”ndan yazacaqbackend

“Xeber1.az” “AVROPA OYUNLARI”ndan yazacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lakin təəssüf hissi ilə qeyd etməliyik ki, bəzi beynəlxalq təşkilatlar və media qurumları qarayaxma kampaniyalarını durmadan davam etdirməkdədirlər. İki ilə yaxın bir müddətə öz səmərəli fəaliyyəti ilə seçilər XEBER1.az informasiya portalı “Bakı-2015: Birinci Avropa Oyunlarına” ilə bağlı nümunəvi addım atıb.

Bu barədə saytımıza saytın təsisçisi və baş redaktoru Səbuhi Abbasov məlumat verib: “İki aya yaxındır ki, biz texniki işlərlə məşğuluq. Demək olar ki, bütün istəklərimiz saytda öz əksini tapıb. Saytın xəbər bazası və rubrikaları olduğu kimi qalır. Lakin dizayn və xəbər siyasəti tamamilə dəyişdirilib. Belə ki, saytda 1 ay ərzində yalnız və yalnız “Bakı-2015: Birinci Avropa Oyunlarına” aid xəbərlər, reportajlar, videosujetlər və digər maraqlı məqamlar dərc ediləcəkdir. Bundan başqa saytın mobil versiyası və sosial şəbələrə inteqrasiyası da təmin edilib ki, bu da öz növbəsində tədbirin dünyada təbliğinə geniş imkan yaradacaqdır. Saytda tək azərbaycan dilində deyil, eyni zamanda rus və ingilis dillərində də yazılar dərc ediləcəkdir. Biz redaksiya olaraq bütün texniki imkanlarımızı bu istiqamətdə səfərbər etmişik. Təşkilati dəstəyimiz isə Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası ictimai birliyidirə aiddir”

İnterpress.az