Bunu AzNews.az-a ilahiyyatçi alim Elşad Miri ANS-in efirində yayımlanan “İncə maraqlar” verilişinin aparıcısı Elnarə Təhməzovanın çadralı xanımları təhqir etməsi ilə bağlı məsələyə münasibət bildirərkən deyib.
İlahiyyatçı bunun səbəbini Azərbaycan kanallarında dini xarakterli verilişlərin olmaması ilə əlaqələndirib: “Mən o kadra baxdım, Elnarə xanımın fikirlərinə qulaq asdım. Əfsuslar olsun ki, elə həmin kanalın özündə bir dənə də olsun dini veriliş yayımlanmır. Az qala aparıcıların hamısı dindən danışmağa çalışır. Bu gün orta məktəblərdə, universitetlərdə dini təhsilin olmaması insanların bilgisizliyindən qaynaqlanan bəzi məsələlərin bu cür hallandırılmasına gətirib çıxarır. Bu, sadəcə olaraq, doğru yanaşma tərzi deyil”.
E.Miri bildirib ki, əgər bir narazılıq varsa, islamda baş örtüyünün nə olduğunu düzgün şəkildə işıqlandırmaq üçün bir veriliş hazırlamaq lazımdır.
Qeyd edək ki, “İncə maraqlar” verilişinin aparıcısı Elnarə Təhməzova çadra örtən xanımları “bayquş”a bənzədib.
İnterpress.az