Kiyevdə yanan neft bazasında yenidən partlayış olubbackend

Kiyevdə yanan neft bazasında yenidən partlayış olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu haqda məlumatı Ukraynanın “112-ci kanal” televiziyası yayıb.

Şahidlərin sözlərinə görə, partlayış yerli vaxtla səhər saat 5.30-da qeydə alınıb.

Hazırda hadisə yerində onlarla yanğınsöndürən maşın işləyir. Yanğısöndürənlər alovun təsirindən yanğını söndürməkdə çətinlik çəkdiklərini deyiblər.

İyun ayının 9-da başlayan yanğında bir neçə nəfər dünyasını dəyişib. Onlardan biri yerli sakindir. Digərləri isə yanğınsöndürənlərdir.

Hadisə baş verən andan Kraçki kəndinin sakinləri və yaxınlıqda yerləşən hərbi hissənin şəxsi heyəti ərazidən evakuasiya edilib.

İnterpress.az