Şenol Günəş rəsmən “Beşiktaş”dabackend

Şenol Günəş rəsmən “Beşiktaş”da

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qara qartallar” Şenol Gönəşlə razılığa gəlib.

Təcrübəli mütəxəssis yerli mətbuata açıqlamasında bu barədə özü məlumat verib:

“Beşiktaş” rəhbərliyi ilə görüşdüm. Yüz faiz anlaşmasaq da, hər halda problem yaranacağını düşünmürəm” – deyə o bildirib.

“Beşiktaş”ın müxbiri Hakan Gündoğan isə Türkiyə telekanalların birinə açıqlamasında Şenol Günəşlə tam razılıq əldə olunduğunu və bu gün onunla 2+1 illik müqavilə imzalanacağını deyib.

Qeyd edək ki, Türkiyə millisinin sabiq baş məşqçisi son olaraq “Bursaspor”u çalışdırıb.

İnterpress.az