Bayraq meydanının sabiq sədrinin sarayı uçur – FOTO – VİDEObackend

Bayraq meydanının sabiq sədrinin sarayı uçur – FOTO – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belə ki, İçərişəhər metrosu yaxınlığında yerləşən binanın aqlay örtüyü həyətdəki maşınlardan birinin üzərinə düşüb.

AzNews.az xəbər verir ki, hadisə Səid Rüstəmov küçəsində yerləşən və “Ağ Saray” MTK-ya məxsus binalardan birində baş verib. İyunun 6-dan 7-nə keçən gecə güclü külək səbəbindən binanın aqlay örtüyündən bir parça qoparaq həyətdə saxlanılmış avtomobilin üstünə düşüb. Nəticədə Kəmalə Qaralovaya məxsus 90 LN 601 dövlət nömrə nişanlı “Kia Sorento” markalı maşının yuxarı hissəsi yararsız vəziyyətə düşüb.

Bu barədə saytımıza danışan zərərçəkən hadisənin baş vermə səbəbi kimi binanın keyfiyyətsiz şəkildə üzlənməsini göstərir: “Deyirlər ki, təbii hadisədir, küləkdir, olub və daş yerindən qopub. O daş keyfiyyətli şəkildə vurulsaydı, heç vaxt düşməzdi. O avtomobilin içində mən də ola bilərdim. Yaxud da daş həyətdən keçən birinin də başına düşə bilərdi. Onda necə cavab verəcəkdilər?”

Zərərçəkən deyib ki, belə bir hadisə dəfələrlə baş verib. Binanın üzlüyü keyfiyyətsiz olduğundan küləkli və ya yağışlı havalarda qopub tökülür.

Məsələ ilə əlaqədar binaya cavabdeh olan şəxs “Ağ Saray” MTK-nın icraçı direktoru Rafiq Eyvazovla əlaqə saxladıq. R.Eyvazov avtomobili təmir etdirməyə hazır olduqlarını dedi: “Biz o xanımı ofisimizə dəvət etdik, danışdıq, dedik ki, mütəxəssislər baxsın, təmir etdirək. Amma xanım təzə avtomobil tələb edir. Axı avtomobil o qədər yararsız vəziyyətə düşməyib ki, əvəzinə yenisini alaq. Biz hüquqi cəhətdən üzərimizə düşən hər şeyi etməyə hazırıq. Əgər təmir etdirməyimizə razı deyilsə, o zaman məhkəməyə müraciət etsin”.

Qeyd edək ki, “Ağ Saray” MTK “Azİmport” şirkətinin sahibi, Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi Rəşad Məmmədova məxsusdur. R.Məmmədov isə maliyyə fırıldağında ittiham olunaraq vəzifəsindən azad edilərək həbs edilib.

Bayraq meydanının sabiq sədrinin sarayı uçur - FOTO - VİDEO

Bayraq meydanının sabiq sədrinin sarayı uçur - FOTO - VİDEO

İnterpress.az