Türkiyənin “qeyri-mümkün” koalisiyalarıbackend

Türkiyənin “qeyri-mümkün” koalisiyaları

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sandıqdan tək partiya iqtidarı çıxmayınca, koalisiya hesabları başladı, amma irəli sürülən ssenarilərlə bağlı daha çox \”qeyri-mümkün\” sözü işlədilir. Havada uçuşan ehtimallara \”ola bilər\”dən çox \”qeyri-mümkün\” deyilir. Həqiqətən də hər hansı bir koalisiya ehtimalından söz edilib, ardından \”amma\”lara keçəndə, oradan \”qeyri-mümkün\”ə sıçramaq hamımızın gözünə asan görünür. Halbuki Türkiyədə bu günə qədər bir çox dəfə \”qeyri-mümkün\” deyilən koalisiya hökumətləri qurulub.

Türkiyənin “qeyri-mümkün” koalisiyaları

Koalisiya fobiyası olan indiki Türkiyənin çox da uzaq olmayan demokratiya tarixində nə qədər çox \”qeyri-mümkün\” koalisiya olub. İnterpress.az tarixdəki nümunələri diqqətinizə çatdıraraq önümüzdəki koalisiya ehtimalları üçün asanlıqla \”qeyri-mümkün\” deyiləməyəcəyini bildirir.

Türkiyənin “qeyri-mümkün” koalisiyaları

1961: CHP-AP koalisiyası

27 May 1960-cı il çevrilişinin ardından keçirilən ilk seçkilərdə Respublika Xalq Partiyası (CHP) birinci, çevrilişlə yıxılan Demokrat Partiyasının davamı olan Ədalət Partiyası (AP) isə ikinci olmuşdu. CHP-nin millət vəkili sayı təkbaşına iqtidar üçün çatmırdı. Bu şərtlərdə çevrilişin lideri və prezident Cemal Gürsel CHP başqanı İsmət İnönüyə koalisiya hökuməti qurmaq vəzifəsi verdi. (10 noyabr 1961).

İnönü çevrilişin təsirini mümkün olduğu qədər qısa bir zamanda aradan qaldırmaq üçün AP ilə \”böyük koalisiya\” qurmaq istəyirdi.

Bu, ilk baxışda \”qeyri-mümkün\” bir koalisiya idi. Keçmiş baş nazir Adnan Menderes və iki yoldaşının edamından (17 sentyabr, 1961) hələ iki ay keçmişdi və AP-çilər, bu çevrilişin arxasında İsmət İnönü və CHP-nin olduğuna inanırdılar. Bundan başqa, iki partiyanın tərəfdarlarının öz \”partiya kahvelerinde\” oturduğu günlər də unudulmamışdı.

Hislər belə idi, amma bir də \”məmləkət həqiqətləri\” vardı. Ordu içində rəhbərliyin yenidən mülki şəxlərə keçməsinə qarşı olanlar var idi və onların hərəkətə keçməsindən qorxurdular.

Bu şərtlərdə İnönü özü kimi köhnə hərbiçi olan AP başqanı Ragıp Gümüşpala ilə görüşdü. Gümüşpala bu koalisiyaya qətiyyətlə qarşı çıxırdı. O, İnönüyə AP partiya qrupunun belə bir təklifi qəbul etməsinin qeyri-mümkün olduğunu söylədi. Necə ki, belə də oldu. Qrup bu təklifi rədd etdi.

İnönü bunun üzərinə ondan partiya qrupuna şəxsən özünün girib təklifi təqdim etməsi üçün icazə verməsini istədi. Gümüşpala təsdiqi verdi. İnönü AP partiya qrupunda \”qatil\” hayqırışları ilə qarşılandı. Lakin bir saatdan çox çəkən danışıqların ardından qrupu razı sala bildi.

Ragıp Gümüşpala buna baxmayaraq koalisiyaya qoşulmağa rədd etdi. Ömrü yeddi ay davam edəcək olan koalisiya hökuməti 20 noyabr 1961-ci ildə onun iştirakı olmadan quruldu.

Türkiyənin “qeyri-mümkün” koalisiyaları

1974: CHP-MSP koalisiyası

14 oktyabr 1973-cü il seçkilərində CHP birinci partiya olmuşdu, amma sahib olduğu millət vəkili sayı (185) təkbaşına iqtidar üçün lazımlı sayın (226) çox altında idi. İkinci sırada Dəmirəlin partiyası (AP) var idi, Nəcməttin Ərbakanın liderliyindəki Milli Selamet Partiyası (MSP) isə 48 millət vəkili ilə üçüncü sıraya yerləşmişdi.
Cədvəl yenə bir \”qeyri-mümkün koalisiya\”lar cədvəli idi. 1961-ci il təcrübəsini xatırladaraq bir \”böyük koalisiya\” ehtimalından söz edənlərə \”xəyalpərəst\” gözüylə baxılırdı. \”Solçu\” CHP ilə \”şəriətçi\” MSP arasında bir koalisiyanın isə ancaq dəlilərin ağılına gələ biləcəyi qənaəti var idi.

Lakin hökuməti qurmaqla vəzifələndirilən CHP başqanı Bülent Ecevid \”tarixi yanılma\”ya son verdiyini söyləyib, MSP ilə ortaqlığı qəbul etdi. \”Tarixi yanılma\” sol ilə dindarların bir araya gəlməmələri lazım olduğuna dair \”tarixi\” bir təsbit idi və CHP-MSP koalisiyası bu istiqamətiylə ən olmayacaq şeyin reallaşması mənasına gəlirdi.
Koalisiya 8 ay sonra, \”tarixi yanılma\”nın içi boş bir ritorikadan başqa bir şey olmadığını göstərən bir səbəblə sona çatdı: Baş nazir Ecevid 1974-cü il sentyabrında Skandinaviya səfərinə çıxacaqdı. Bu halda onu Ərbakan əvəz etməliydi. Lakin ortağına olan güvənsizliyi ucbatından yerinə CHP-li Orhan Eyüboğlunu vəkil təyin etdi. Bunun üzərinə Baş nazir köməkçisi Necmettin Erbakan da Ecevitin gəzinti fərmanını imzalamadı. Ecevid gəzintini ləğv etdi, 18 Sentyabr 1974-cü ildə də istefaya getdi.

Türkiyənin “qeyri-mümkün” koalisiyaları

1991: DYP-SHP koalisiyası

Turqut Özalın prezident olub Ana Vətən Partiyası (ANAP) başqanlığından ayrılmasından sonra ANAP sürətlə güc itirməyə başladı. Nəhayət, 1991-ci ilin oktyabrında keçirilən seçkilərdə Süleyman Dəmirəlin başçılıq Doğru Yol Partiyası (DYP) birinci, Erdal İnönü başçılıq etdiyi Sosial-Demokrat Xalqçı Partiyası (SHP) ikinci oldu.
AP ilə CHP ənənələrindən gələn, hətta açıq-aydın bu iki partiyanın davamı olan DYP ilə SHP-nin bir koalisiyada birləşə biləcəyi, o günləri yaşayanların ağıllarının ucundan belə keçirmədikləri bir şey idi. DYP-lilər SHP-liləri \”həddindən artıq solçu\”, SHP-lilər də DYP-liləri \”həddindən artıq sağçı\” olaraq görməyə davam edir, bir-birlərini qarşılıqlı olaraq Türkiyəni 12 sentyabra sürükləməklə günahlandırırdılar.

Lakin bu düşmən qardaşların ortaq bir düşmənləri vardı və ona qarşı duyduqları hirs, bir-birlərinə qarşı duyduqları hirsdən daha çox idi. Nəticədə \”Turqut Özal nifrəti\” bu iki rəqibi birləşdirdi və bir \”qeyri-mümkün koalisiya\” daha doğuldu.

DYP-SHP koalisiyası Türkiyə siyasi həyatının bu zamana qədərki ən uzunömürlü koalisiyası oldu, 21 noyabr 1991-ci ildən Tansu Çillərin qurduğu DYP “azlıq” hökumətinə qədər davam etdi (5 oktyabr 1995-ci il).

Türkiyənin “qeyri-mümkün” koalisiyaları

1997: RP-DYP koalisiyası

27 Mart 1994-dəki yerli seçkilərdə Nəcməttin Ərbakan liderliyindəki Rifah Partiyası (RP) 15 böyük şəhər bələdiyyəsindən, aralarında İstanbul və Ankaranın da olduğu 5-ni qazandı, səslərini də 19 faizə yüksəltdi.

Bu nəticə Türkiyənin dünyəvilik çevrəsini təşkil edən geniş seqmentlərdə bir \”dəhşət\” havası yaratdı. Bu seqmentlərə görə \”şəriət\” göz görə-görə gəlirdi və çarə, başda ordu olmaq üzrə bütün dünyəvi güclərin bu \”təhlükə\”yə qarşı birləşmələrindən keçirdi.

Nə var ki, RP 27 dekabr 1995-ci il seçkilərində səslərini daha da artırdı (21 faiz) və birinci partiya oldu.

Başda RP-lilər olmaqla heç kimsə, içində RP-nin olduğu bir koalisiyaya ehtimal vermirdi. Buna cəsarət edə biləcək bir \”dünyəvi partiya\”nın çıxması mümkün deyildi. O günlərin atmosferində, belə bir qərar o partiyanın öz ölüm fərmanını imzalaması mənasını gələ bilərdi.

Lakin hər kəsin çaşqın baxışları arasında bu da oldu. Sadəcə siyasi tutumu və açıqlamaları ilə deyil, görünüşüylə də \”dünyəvi bir nişanə\” sayılan Tansu Çillər partiyası ilə \”şəriətçi RP\” arasında Ərbakanın başçılığında bir koalisiya qurulmasını təsdiqlədi.

Vəziyyət Ərbakan və RP baxımından da təəccüb doğururdu. Tansu Çillər o ana qədər Ərbakana çox ağır hücumlar etmişdi və o sözlərin ardından Ərbakanın Çillər ilə bir koalisiya qurmasını açıqlamaq onun baxımından da asan olmayacaqdı.

O günlərdə Erbakan tərəfindən DYP ilə koalisiya danışıqlarını davam etdirməklə vəzifələndirilən və qurulacaq kabinetdə nazir olan Gürcan Dağdaş bu vəziyyəti belə izah edir: \”Bizim indi bu Refah-Yol qurularkən mənə rəhmətlik Ərbakan vəzifə vermişdi. “Doğru Yol ilə təması sən davam etdir” demişdi. Mən də “Müəllimim, bir ton söz işlədib bu xanım əfəndi, meydan-meydan dolaşıb “Mənə səs verin, “Refah”ın qarşısını kəsəcəm” dedi deyə etiraz etdim. “Bu necə olacaq?” deyə soruşdum. Rəhmətlik Erbakan mənə dedi ki, dövlətin və millətin ali mənfəətləri üçün bir qədər unutqanlıq yaxşı bir şeydir. (Gürcan Dağdaşla müsahibə, Rota Haber, 12 May 2015).

Türk demokratiyasının bəlkə də ən \”qeyri-mümkün\” koalisiya hökuməti beləcə 6 Mart 1996-cı ildə quruldu, lakin ömrü yalnız üç ay oldu.

İnterpress.az