Müəllimlərin yerdəyişməsi üzrə elektron ərizələrin qəbulu dayandırılıbbackend

Müəllimlərin yerdəyişməsi üzrə elektron ərizələrin qəbulu dayandırılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təhsil nazirinin “Ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulunun tənzimlənməsi barədə” 29 aprel 2015-ci il tarixli, 511 nömrəli əmrinə uyğun olaraq keçirilən müsabiqəyə 3511 vakant yer çıxarılıb.

Həmin yerlərdən 3202-i (91%) Azərbaycan bölməsi, 309-u (9%) isə rus bölməsinə aiddir. Ən çox vakant yer kimya (449 yer, 13%), ibtidai sinif (440 yer, 13%), biologiya (387 yer, 11%), fizika (359 yer, 10%), coğrafiya (341 yer, 10%) fənləri üzrə elan edilib. Vakant yerlər daha çox Bakı şəhəri (473 yer, 13%), Cəlilabad rayonu (205 yer, 6%), Lerik rayonu (202 yer, 6%), Laçın rayonu (197 yer, 6%) və Quba rayonunun (184 yer, 5%) ümumi təhsil müəssisələrindədir. 2400 (68%) vakant yerə həvəsləndirmə tədbirləri tətbiq edilir.

Qeyd edək ki, müəllimlərin yerdəyişməsi yekunlaşdıqdan sonra yenidən müəyyənləşdirilmiş vakant yerlərə iyulun 1-dən müəllimlərin işə qəbulu üzrə sənəd qəbuluna başlanacaq.

İnterpress.az