Artıq yarışın açılış mərasiminin keçiriləcəyi gündə 2 idman növü üzrə yarışlar başlayacaq.
Belə ki, su polosu və sinxron üzgüçülükdə mübarizə sabah start götürəcək. İlk medal dəsti iyunun 13-də sahibini tapacaq. Həmin gün ümumilikdə 13 dəst medalçılar müəyyənləşəcək.
Avropa Oyunlarında cəmi 253 dəst medal olacaq. İlk gün istisna olmaqla, hər gün çempion və mükafatçılar müəyyənləşəcək. Yarışın son günündə 9 növdə güclülər bilinəcək.
Ən çox – 35 dəst medal iyunun 21-də sahibinə qovuşacaq. Həmin gün 14 növdə yarışlar keçiriləcək. Ayın 17-də və 19-da azarkeşlər 13 növdə mübarizəyə şahid olacaq.
Qeyd edək ki, təxminən 6000 idmançının 20 növdə mübarizə aparacağı yarışın açılış mərasimi sabah saat 20:15-də başlayacaq.
İnterpress.az