İnterpress.az xəbər verir ki, deputat “Bu bəyanatı imzalamışam, layihə formasında hazırlanmış bəyanatdır, bir sıra düzəlişlər də etmişəm” deyə vurğulayıb.
Fazil Mustafanın sözlərinə görə, bəyanatı bir daha imzalayar: “Çünki Avropa İttifaqının həyasızcasına yalançı erməni soyqırımı tanımaqla bağlı qətnaməsindən sonra hansısa azərbaycanlının bu qurumun guya insan haqlarının müdafiəçisi kimi çıxış etməsinə özünü inandırması gülünc görünür. Bir rəsmi lezbiyanın Azərbaycanın qayğısına qalmasını göstərmək üçün təqdim etdiyi qətnamə layihəsini hansısa formada dəstəkləməyi doğru hesab etmirəm. Ölkədə kifayət qədər problemlər və nöqsanlar var və bunları vaxtaşırı dilə gətiririk. Bunların idman tədbiri ilə əlaqələndirilməsi tamamailə məntiqsizdir. Buyurub, Avropa İtifaqı Ermənistanı işğalçı dövlət kimi tanıyan və ona sanksiyalar tətbiq etmənin vacibliyini bəyan edən qətnamə qəbul etsin, onun bundan sonrakı bütün qərarlarının altından imza atmağa hazıram”.
İnterpress.az