Bülənt Ərsoya həbs qərarıbackend

Bülənt Ərsoya həbs qərarı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müğənninin prodüseri Fevzi Siverek həbs qərarının bu gün verildiyini deyib:
“Dünən Beykoz Ədalət Sarayından mənə zəng gəldi. Bülənt Ərsoyun həbs qərarı çıxıbmış. Ajda Pekkan prezidentin xahişini görməməzlikdən gəlib məhkəməyə müraciət edib. Hakimdən icazə aldıq.

Bu gün Beykoz Ədalət Sarayına gedib ifadə verəcəyik. Dərhal sonra Qarşılıqlı olaraq tərəfimizdən Ajda Pekkana qarşı Bülənt Ərsoy əleyhinə işlətdiyi ifadələrə görə iddia qaldıracağıq”.

Ötən il Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iftar qonaqlığında Bülənt Ərsoyun ona salam verməyən Ajda Pekkana “ifritə” deməsi müğənnilər arasında qalmaqala səbəb olmuşdu.

Ajda Pekkan bu sözünə görə Bülent Ərsoyu məhkəməyə vermiş, amma prezidentin məsələyə müdaxiləsindən sonra ara sakitləşmişdi. Bülənt Ərsoy da Ərdoğanın istəyini yerə salmayaraq Ajda ilə küsülülüyü uzatmamışdı.

İnterpress.az