“Bakı-2015” – CANLIbackend

“Bakı-2015” – CANLI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Baku 2015\” I Avropa oyunlarının açılışına bir neçə saat qalıb.

Bununla əlaqədar oyunların rəsmi \”YouTube\” səhifəsi canlı yayıma start verdi. Hazırda sinxron üzgüçülük üzrə Avropa komandaları öz proqramlarını təqdim edirlər.

Bundan əlavə sıfırıncı günün proqramında su polosu idman növü üzrə idmançılar öz bacarıqlarını göstərəcək. Daha sonra isə əlbətdəki oyunların rəsmi açılışının birbaşa yayımlanması yer alacaq.

8 Dekabr 2012-ci il tarixində Avropa Olimpiya Komitəsi elan etdi ki, təntənəli Avropa Oyunları Azərbaycanın paytaxtı Bakı şəhərində keçiriləcək. İki il yarımdan sonra şəhər dünyanın ən yeni əsas idman tədbirini həyata keçirməyə hazırdır. 17 günlük yarışda qitənin ən yaxşı idmançıları 20 idman növü üzrə mübarizə aparacaqlar. Onlar sadəcə ilk Avropa Oyunlarının medalına sahib olmayacaqlar, eyni zamanda 12 idman növü üzrə Rio 2016 Olimpiya Oyunlarına vəsiqə qazanacaqlar.
Bakı 2015-in Məşəli ölkənin 60 bölgəsini səyahət etdikdən sonra idmanın birləşdirici ruhunu və gücünü yenidən gözlər önünə gətirib. Azərbaycanın Prezidenti İlham Əliyevin qədim Atəşgah məbədində yandırdığı məşəl 48 gün dayanmadan xalqın ən sevimli idman qəhrəmanları və mədəniyyət xadimləri tərəfindən səyahət etdirilib.

Bakı hazırdır. Şəhər ilk Avropa Oyunlarının isti qarşılanmasına hazırlanıb. Azərbaycanın paytaxtında tarixi hadisə üçün gimnastların nəzakəti, üzgüçülərin gücü və sambo güləşçilərinin qüvvətindən asılı olacaq tarixi tədbir gözlənilir.


İnterpress.az