Sinxron üzgüçülərimiz 18-ci olubbackend

Sinxron üzgüçülərimiz 18-ci olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Su İdmanı Mərkəzində qüvvəsini sınayan duetlər təsnifat mərhələsində sərbəst hərəkətləri yerinə yetirib. Mərkəzin hovuzunda ümumilikdə 20 duet mübarizə aparıb.

Rusiya təmsilçiləri Valeriya Filenkova və Darya Kulaqina 89,2333 nəticə ilə mərhələnin qalibi olublar. Ukraynalı Yana Narejina və Yelizaveta Yaxno (87,5333) 2-ci, ispaniyalı Culiya Eçeberria Eskuivel və İren Toledano Karmelo (85,7333) isə 3-cü pilləyə sahib çıxıblar.

Avropa Oyunlarında start xəttinə çıxan ilk Azərbaycan təmsilçiləri Tatyana Nikitina və Yekaterina Valiulina mübarizəyə 10-cu qoşulub. Onlar 71,4333 bal toplamaqla, 20 idmançı arasında 18-ci yerdə qərarlaşıblar.

Qeyd edək ki, oyunun final mərhələsi iyunun 15-də keçiriləcək.

İnterpress.az