Arabir güclənən şimal-qərb küləyi əsəcək. Günün ikinci yarısında mülayimləşəcək.
Havanın temperaturu gecə 19-21, gündüz 28-30 dərəcə isti olacaq.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 21-24 dərəcə isti olacaq.
Sabah bölgələrdə bəzi yerlərdə şimşək çaxacaq, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə lokal leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçəcək, arabir güclənən şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 18-23, gündüz 30-35, dağlıq və dağətəyi rayonlarda gecə 11-16, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir.
İnterpress.az