Bilgəhdə yol bağlanacaqbackend

Bilgəhdə yol bağlanacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı 2015 İlk Avropa Oyunlarının Kişilər və Qadınlar arasında triatlon yarışları ilə əlaqədar, iyunun 13-də saat 08-30-dan 18-30-a qədər, 14 iyun tarixində 08:30 – 19:00 Bilgəh qəsəbəsində müəyyən yollarda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq olunacaq.

Sürücülər alternativ olaraq Bilgəh qəsəbəsinin yerli yol şəbəkəsindən və “Jumeirah Beach Hotel” dairəsi ilə birləşən Aslan Salahzadə küçəsindən istifadə edə bilərlər.

Qeyd olunan vaxt ərzində şəhər mərkəzi və Nardaran qəsəbəsi istiqamətində hərəkət üçün sürücülərə Buzovna-Maştağa-Nardaran yolundan istifadə etmələri tövsiyə olunur.

İnterpress.az