“Bakı-2015″də voleybol həyəcanı başladı – CANLIbackend

“Bakı-2015″də voleybol həyəcanı başladı – CANLI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırda B qrupunda Almaniya yığması Bolqarıstan kollektivi ilə qarşılaşır. Bu qrupunda ilk oyun isə artıq başa çatıb. Serbiya Xorvatiya qarşısında 3:0 hesablı qələbə qazanıb. Dünyanın 8 nömrəli komandası ilk setdən üstünlüyü ələ alıb, oyunçu Marta Drpa (SRB) Bakı 2015-in ilk xalını qazanaraq, adını rekordlar kitabına yazdırıb. Serbiya Kristal Zal 1-də ilk seti 25-15 hesabı, sonra isə ikinci və üçüncü setləri 25-17 hesabı ilə başa vurub.

Azərbaycanının mübarizə aparacağı A qrupunda isə İtaliya Belçikanı 3:0 hesabı ilə məğlub edərək ilk xallarını qazanıb. Dünyanın 5 nömrəsi kimi qiymətləndirilən İtaliya komandası ilk setdə 25-22 xal hesabı ilə üstünlük əldə edib, ikinci və üçüncü setlər 25-20 hesabı ilə başa çatıb.

Qeyd edək ki, A qrupunda çıxış edən Azərbaycan millisi saat 16:30-da Rumıniya millisi ilə qarşılacaq.


İnterpress.az