“AVRO-2016″də növbəti görüşlər keçirilibbackend

“AVRO-2016″də növbəti görüşlər keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

3 qrupda ümumilikdə 8 qarşılaşma baş tutub.

Gərginliyi ilə diqqət çəkən D qrupunda Almaniya millisi debütant Cəbbəlütariqi 7:0 hesablı darmadağın edərək meydana çıxmağına peşman edib. Sabiq \”İnter\”li Kaxaber Sxadadzenin çalışdırdığı Gürcüstan yığması isə Polşada biabırçılıqla üzləşib – 0:4

Qrupda günün mərkəzi matçı İrlandiya ilə Şotlandiya arasında keçirilib. Tərəflərin qarşılıqlı 1 qol vurduğu oyun elə bu hesabla da bitib.

F qrupunun liderləri olan Şimali İrlandiya ilə Rumıniya Belfastda münasibətlərinə aydınlıq gətirə bilməyiblər. Oyun başladığı kimi də bitib – 0:0.

Qrup üçüncülüyünə iddia edən Finlandiya isə Macarıstana yenilib – 0:1.

İ qrupunun lideri Portuqaliya rəqiblərindən bir qədər uzaqlaşmaq üçün ələ düşən imkanı boşa verməyib. Portuqallar autsayder Ermənistanı səfərdə məğlub ediblər – 3:2.

Qrupun digər autsayderlərindən olan Serbiya isə Danimarka səfərindən boynu bükük dönüb – 0:2. Bununla da serblər final mərhələsinə iddialarını itiriblər.

AVRO-2016-nın seçmə mərhələsi
13 iyun

D qrupu

Polşa – Gürcüstan – 4:0
Qol: Milik, 62, Levandovski, 89, 90+2, 90+3

İrlandiya – Şotlandiya – 1:1
Qol: Valters, 38 – Maloni, 47

Cəbəllütariq – Almaniya – 0:7
Qol: Şürrle, 28, 65, 71, Kruz, 47, 81, İlkay Gündoğan, 51, Bellarbi, 57

F qrupu
Finlandiya – Macarıstan – 0:1
Qol: Ştiber, 83

Farer adaları – Yunanıstan – 2:1
Qol: Hansson, 33, Olsen, 70 – Papastatapulos, 84

Şimali İrlandiya – Rumıniya – 0:0

İ qrupu
Ermənistan – Portuqaliya – 2:3
Qol: Pizelli, 15, Mkoyan, 72 – Ronaldo, 28 (pen.), 55, 58

Danimarka – Serbiya – 2:0
Qol: İ. Poulsen, 13, Yakop Poulsen, 86

İnterpress.az