Gürcüstanda təbii fəlakət nəticəsində 5 nəfər ölüb – YENİLƏNİBbackend

Gürcüstanda təbii fəlakət nəticəsində 5 nəfər ölüb – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tiflisdə güclü daşqın nəticəsində ölənlərin sayı 10-a çatıb.

***

Gürcüstan Dövlət Təhlükəsizlik Şurasının rəhbəri Mindiya Canelidze təbii fəlakət nəticəsində 4 nəfərin öldüyünü bildirib. Onlardan 3-nün qadın və bir nəfərin zoopark işçisi olduğu bildirib. Tiflis meri David Narmaniya sonradan daha bir nəfərin meyitinin aşkarlandığını bildirib.

Hazırda ölənlərin sayı dəqiqləşdirilir.

Tiflisin bir neçə mərkəzi yollarında hərəkət məhdudlaşdırılıb.

Daşqın zamanı zooparkdakı vəhşi heyvanların qaçdığı da bildirilir. Zooparkdan qaçan heyvanların axtarışına aidiyyatı qurumların qüvvələri və xüsusi təyinatlılar cəlb olunub.

Təbii fəlakət zamanı müxtəlif xəsarətlər almış 20-dək sakin xəstəxanalara çatdırılıb. Daha 10 nəfər itkin düşmüş hesab edilir.

İnterpress.az