İnterpress.az xəbər verir ki, CHP HDP-nin kənardan dəstək verəcəyi koalisiya üçün müzakirələrə hazırdır. Partiya başqanı Kamal Kılıçdaroğlu artıq bır sıra görüşlər keçirib. Məlumatlara görə, MHP-ni koalisiyaya razı salmaq üçün bu partiyanın öncəlik təşkil etdiyi baş nazirlik sistemi təklifini də irəli sürüb.
CHP-nin İstanbuldan olan millət vəkili Murat Karayalçının sözlərinə görə, seçkiyə AKP və AKP-yə qarşı olanlar girib: “AKP-yə qarşı olan partiyalar 60 faiz səs alıb. Bu partiyalar əslində üçlük olaraq hökuməti qurmalıdırlar. Ancaq MHP HDP ilə bir araya gəlmirsə, MHP başqanı da “Türkiyəni hökumətsiz qoymarıq” deyərək kənardan dəstəyini ifadə edirsə, o zaman CHP-MHP koalisiyası olmalıdır”.
İnterpress.az